Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək aktivlərini daha 23% artıracaq

«Azərbaycan Sənaye Bankı» ilin sonunadək aktivlərini daha 23% artıracaq
# 15 sentyabr 2008 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin ikinci yarısında cari aktivlərinin həcmini 23,3% artıraraq ilin sonuna 100 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Hasan İncekara bildirib.
H.İncekaranın sözlərinə görə, bankın aktivləri ilə yanaşı kredit portfelində də artım müşahidə olunacaq. Belə ki, ilin sonunadək kredit portfelinin 18% artaraq 65 mln. manata, depozit portfelinin isə 12% artaraq 75 mln. manata çatacağı gözlənilir.
İdarə Heyətinin sədri həmçinin qeyd edib ki, hazırda bankda 145 nəfər əməkdaş çalışır və ilin sonunadək işçilərin sayının 24% artıraraq 180 nəfərə çatdırılması planlaşdırılır.
Xatırladaq ki, 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayan «Azərbaycan Sənaye Bankı» 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 81,121 mln. manat, kredit portfeli 47,819 mln. manat, depozit portfeli 47,853 mln. manat, məcmu kapitalı 19,265 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 5 filialı, 16 bankomatı və 100 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR