Bank Of Baku

Azərbaycan SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılmasına dair qanun layihəsi hazırlayır

Azərbaycan SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılmasına dair qanun layihəsi hazırlayır
# 15 sentyabr 2008 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda əhalinin SSRİ dövründə banklarda qalmış əmanətlərinin qaytarılmasına dair qanun layihəsi hazırlanır. Bu barədə «APA-Economics»ə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.
«Hazırda Maliyyə Nazirliyi «Kapital Bank» və digər qurumlarla birlikdə araşdırmalar aparılır. Araşdırmaların nəticəsi olaraq qanun layihəsi hazırlanır», - deyə Z.Səmədzadə vurğulayıb.
Komissiya sədri bu məqsədlə Milli Məclisin deputatlarından ibarət yaradılmış komissiyanın da müntəzəm iş apardığını qeyd edib. Z.Səmədzadənin sözlərinə görə, komissiya ölkə hökumətinin təqdim edəcəyi son məlumatları gözləyir.
Qeyd edək ki, ilkin hesablamalara görə, Azərbaycan əhalisinin SSRİ dövründə banklarda qalmış əmanətləri 600-700 mln. manat (təxminən 800 mln. ABŞ dolları) həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR