Bank Of Baku

Sabah Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı başlayır

Sabah Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı başlayır
# 15 sentyabr 2008 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sentyabr ayının 16-17-də Bakıda IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək. Bu barədə «APA-Economics»ə açıqlamasında tədbirin əsas təşkilatçısı olan Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.
J.Hacıyevanın sözlərinə görə, artıq konfransda iştirak edən maliyyə təşkilatlarının siyahısı təsdiqlənib. Belə ki, tədbirə 14 beynəlxalq tərəfdaş təşkilat, 12 beynəlxalq investor təşkilatı və 40-dan çox yerli maliyyə təşkilatı dəvət olunub. Konfransda həmçinin dünyanın aparıcı maliyyə təşkilatları sayılan «Development World Market» (ABŞ), «Planet Rating» (Fransa), «MicroFinanza Rating Agency» (İtaliya) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, konfrans hər il təşkil olunur və bu tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən bank və mikromaliyyə təşkilatlarının xarici kapitala çıxışını artırmaq, eyni zamanda xarici investorları Azərbaycana cəlb etməkdir.
Xatırladaq ki, AMA 2001-ci ildə yaradılıb və Azərbaycanda fəaliyyət göstərən 16 mikromaliyyə təşkilatından 14-ü Assosiasiyanın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR