Bank Of Baku

İsveçrədə Azərbaycan gömrüyünə həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə Azərbaycan gömrüyünə həsr olunmuş tədbirlər keçirilib
# 15 sentyabr 2008 13:31 (UTC +04:00)
Bakı-APA. İsveçrənin Bern şəhərində Dövlət Gömrük Komitəsinin və Azərbaycanın İsveçrədəki Səfirliyinin birgə təşkilatçılığı ilə «Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə», «Azərbaycan gömrüyü mədəni irsin keşiyində» və “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik” adlı kitabların təqdimat mərasimi keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsveçrədəki Azərbaycan və Türk diaspora nümayəndələrinin qatıldığı mərasimdə Milli Məclisin üzvü, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov, Türkiyənin İsveçrədəki səfiri Alev Kılıç, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iştirak edib. Y. Mahmudov çıxışında dövlətçiliyimizin gömrük xidmətində şərəfli tarix yaşadığını qeyd edib. O, Asiya ilə Avropa ölkələri arasında beynəlxalq ticarət əlaqələrinin həyata keçirilməsində çox mühüm rol oynayan Böyük İpək Yolunun məhz Azərbaycan torpaqlarından keçdiyini bildirib, ən qədim zamanlardan XX əsrin əvvəllərinədək Azərbaycan dövlətlərinin Avropa-Şərq ticarət əlaqələrinin tənzimlənməsində həlledici rol oynadıqlarını vurğulayıb. İsveçrənin Cenevrə şəhərində isə BMT-nin qərargahında Dövlət Gömrük Komitəsinin dəstəyi ilə «Mədəni irsin keşiyində» mövzusunda sərginin açılış mərasimi keçirilib. Tədbirin açılışında BMT Cenevrə qərargahının rəhbəri Serqey Oryenikidze də iştirak edib. Sərgidə gömrük sərhədindən qeyri-qanuni yollarla keçirilməsinə cəhd göstərilərkən Azərbaycan gömrük orqanları tərəfindən saxlanılmış eksponatlar, rəsm əsərləri nümayiş etdirilib. Sərgidə «Azərbaycan gömrüyü mədəni irsin keşiyində», «Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə» və «Azərbaycan gömrüyü - tarixi ənənələr və müasirlik» adlı kitabların təqdimatı da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR