Bank Of Baku

Dollar ucuzlaşmağa, avro isə bahalaşmağa başlayıb

Dollar ucuzlaşmağa, avro isə bahalaşmağa başlayıb
# 15 sentyabr 2008 13:39 (UTC +04:00)
Beləliklə, ayın əvvəlindən manat dollara qarşı 0,27%, sentyabrın 12-dən isə 0,45% bahalaşıb. Məzənnənin hazırkı səviyyəsi yalnız avqustun ilk dekadasında müşahidə olunub.
Manatın məzənnəsinin birdən-birə bu dərəcədə yüksəlməsinin səbəbləri xarici bazarlarda baş verən proseslərlə bağlıdır. Belə ki, bu gün beynəlxalq birjalarda dollar avroya və digər əsas valyutalara qarşı kəskin şəkildə - 1,8% ucuzlaşıb. Bunun əsas səbəbi ABŞ-ın «Lehman Brothers Holdings Inc.» bankının müflisləşməsi haqqında məlumatların yayılması ilə bağlıdır. Bundan əlavə bir sıra bankların likvidliyinin kəskin azalması müşahidə olunur. Vəziyyəti tarazlaşdırmaq üçün Federal Ehtiyat Sistemi (FES) banklar üçün borclanma mexanizmini liberallaşdırıb və girov kimi çıxış edə biləcək aktivlərin siyahısını genişləndirib. FES-in bu addımı bazar iştirakçıları tərəfindən böhrana qarşı görülən tədbir kimi qiymətləndirilsə də, əslində ABŞ-ın maliyyə sistemi barədə mənfi proqnozları daha da möhkəmləndirir.
Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnənin ardınca mübadilə məntəqələrində də nağd dolların alış-satış məzənnəsi kəskin şəkildə düşüb. Belə ki, əgər keçən həftənin sonunda məzənnə 0,8140 manata çatmışdırsa (alış), bu gün həmin göstərici orta hesabla 0,8090 manata bərabərdir.
Maraqlıdır ki, əks dinamika avronun rəsmi məzənnəsi üzrə müşahidə edilir. Dolların ucuzlaşması avronun bahalaşmasına səbəb olub və sentyabrın 12-i ilə müqayisədə Azərbaycanda 1 avro 1,1421 manatdan 1,721 manatadək və ya 2,6% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR