Bank Of Baku

Azərbaycanla Türkiyə arasında pul baratlarının köçürülməsi elektronlaşdırılır

Azərbaycanla Türkiyə arasında pul baratlarının köçürülməsi elektronlaşdırılır
# 15 sentyabr 2008 13:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi Türkiyə ilə pul baratlarının köçürülməsini elektronlaşdırmaq üçün həmin ölkənin poçt administrasiyası olan Poçt Teleqrafı Təşkilatı (PTT) ilə danışıqlar aparır.
«Azərpoçt»dan «APA-Economics»ə verilən məlumata görə, artıq bununla iki ölkə arasında görüşlər və müzakirələr keçirilib. Hazırda Azərbaycan və Türkiyənin müvafiq qurumları on-line rejimində ikitərəfli pul köçürmələrinə dair müqavilənin imzalanması ilə bağlı iş görür. Artıq Azərbaycan müvafiq saziş layihəsini hazırlayaraq qarşı tərəfə göndərib.
«Azərpoçt»dan bildirilib ki, hazırda Azərbaycan Türkiyə ilə pul baratlarının göndərişini faksla həyata keçirir. Hər iki ölkənin pul baratlarının elektron köçürmə sistemi yaratmaq üçün şəbəkəsi olduğundan, tərəflər arasında bunu reallaşdırmaq çətin olmayacaq.
Qeyd edək ki, Azərbaycan özü ölkə daxilində 2002-ci ildən elektron pul köçürmələri aparır. Respublika 2004-cü ildən STEFİ beynəlxalq pul köçürmələri sisteminə qoşulandan sonra Azərbaycan Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri ilə beynəlxalq elektron pul köçürmələri həyata keçirir. Tacikistan və Özbəkistanla pul baratlarının iki tərəfli elektron köçürmə sisteminin yaradılmasına dair müqavilə olsa da, həmin ölkələrin texniki problemləri ilə əlaqədar hələlik bu reallaşdırılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR