Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi Avstriyada səfərdə olub

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbərliyi Avstriyada səfərdə olub
# 15 sentyabr 2008 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) nümayəndə heyəti Vyanada (Avstriya) keçirilmiş «Qlobal ödənişlər həftəsi - 2008» adlı konfransda iştirak edib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinə QKDK-nın sədri Gündüz Məmmədov başçılıq edib. Konfransda dünyada və MDB ölkələrində qiymətli kağızlar üzrə ödənişlərin və hesablaşmaların təcrübəsi və bu sahədə Dünya Bankı tərəfindən hazırlanan yeni təşəbbüslərin müzakirə olunub. Təbirdə MDB və digər ölkələrin qiymətli kağızlar bazarını tənzimləyən dövlət orqanlarının və depozitarların rəhbərləri iştirak ediblər.
Bununla yanaşı 2008-ci ilin mayın 7-də Vyanada keçirilən Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın beşinci iclasının qərarlarının həyata keçirilməsi məqsədi ilə Avstriyanın Maliyyə Bazarları Qurumunun rəhbərliyi ilə QKDK-nın nümayəndə heyəti görüş keçirib. Görüş zamanı iki ölkə arasında qiymətli kağızlar bazarına dair əməkdaşlığın inkişafının istiqamətləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR