Bank Of Baku

«Parabank»ın daha bir regional filialı açılıb

«Parabank»ın daha bir regional filialı açılıb
# 15 sentyabr 2008 15:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) Ağcabədi rayonunda filialı açılıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial rayonun Heydər Əliyev pr-ti,3A ünvanda yerləşir.
Filial vasitəsi ilə fiziki və hüquqi şəxslər geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, biznes kreditlərinin verilməsi, «Visa» plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi və beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmə əməliyyatları həyata keçirə bilər.
«Parabank»ın İdarə Heyətinin sədr müavini Məzahir Məmmədovun sözlərinə görə, yaxın perspektivdə bank daha 5 filial, o cümlədən Bakı şəhərində 2 («Yasamal» və «Nəsimi»), regionlarda isə 3 («Quba», «Şəmkir» və «Gəncə-2») filial açmağı planlaşdırır.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 10 filialı fəaliyyət göstərir və bunun 4-ü regionlarda yerləşir.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 56,5 mln. manat, kredit portfeli 33,79 mln. manat, depozit portfeli 30,43 mln. manat, məcmu kapitalı 11,95 mln. manat, nizamnamə kapitalı 9,394 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR