Bank Of Baku

Dünyanın aparıcı bankları vahid likvidlik fondu yaradır

Dünyanın aparıcı bankları vahid likvidlik fondu yaradır
# 15 sentyabr 2008 15:31 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Dünyanın 10 iri bank təşkilatı 70 mlrd. ABŞ dolları həcmində nəhəng likvidlik fondunun yaradılmasına dair razılığa gəlib.
«APA-Economics»in məlumatına görə, yeni fondun yaradılması qısamüddətli kreditləşmə bazarının (repo) gözlənilən dezinteqrasiyasının qarşısının alınmasına yönəldilib. Fondun yaradılmasına dair qərar özəl və dövlət bölmələrinin təşəbbüsü ilə «Lehman Brothers» investisiya bankının müflisləşməsi nəticəsində yaranan təsirin yumşaldılması məqsədilə qəbul olunub.
ABŞ-ın «Bank of America», «Citigroup», «Goldman Sachs», «JP Morgan Chase», «Merrill Lynch», «Morgan Stanley», Britaniyanın «Barclays», İsveçrənin «Credit Suisse» və UBS, Almaniyanın «Deutsche Bank» sığorta sxemi kimi qiymətləndirilən fonda 70 mlrd. dollar həcmində vəsait yönəldəcək. Ehtiyac yaranacağı təqdirdə hər bir iştirakçı bank daşınmaz əmlak və digər bu kimi aktivləri girov qoymaqla fonddan vəsaitin 1/3 hissəsini – 23 mrd. dolları almaq imkanına malik olacaq.
ABŞ-ın Federal Ehtiyat Sistemi isə öz növbəsində bəyan edib ki, banklar üçün borclanma mexanizmini liberallaşdırıb və girov kimi çıxış edə biləcək aktivlərin siyahısını adi səhmlər və istiqrazlar hesabına genişləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR