Bank Of Baku

«AccsesBank» yaxın vaxtlarda daha 4 filial açacaq

«AccsesBank» yaxın vaxtlarda daha 4 filial açacaq
# 16 sentyabr 2008 07:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccsesBank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın vaxtlarda Azərbaycanın müxtəlif şəhər və rayonlarında filial açacaq. Bu barədə «APA-Economics»ə açıqlamasında bankın pərakəndə bankçılıq və əməliyyat rəhbəri Anar Həsənov məlumat verib.
A.Həsənovun sözlərinə görə, yeni filialların Salyan, Zaqatala və Cəlilabad rayonlarında, habelə Bakının Mərdəkan qəsəbəsində açılması planlaşdırılır. Bununla da bankın filiallarının ümumi sayı 22-yə çatacaq: «Ümumiyyətlə, strategiyaya uyğun olaraq, növbəti ildə bank filial şəbəkəsini genişləndirmək məqsədi ilə regionlara çıxışını daha da artırmaq niyyətindədir».
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyəşəldirmə Bankı kimi fəaliyyətə başlayıb və bu ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 175,677 mln. manat, kredit portfeli 147,560 mln. manat, depozit portfeli 10,016 mln. manat, məcmu kapitalı 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR