Bank Of Baku

ABŞ səfiri Ann Dersi: «Azərbaycanın mikromaliyyələşdirmə sistemi və qeyri-bank sektoru inkişaf etdirilməlidir»

ABŞ səfiri Ann Dersi: «Azərbaycanın mikromaliyyələşdirmə sistemi və qeyri-bank sektoru inkişaf etdirilməlidir»
# 16 sentyabr 2008 08:32 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın mikromaliyyələşdirmə sistemi və qeyri-bank sektoru təkmilləşdirilməli və inkişaf etdirilməlidir. Bununla əlaqədar həmin sahədə müvafiq qanunvericilik bazası formalaşdırılmalıdır. APA-nın məlumatına görə, bunu bu gün Bakıda işə başlayan IV Beynəlxalq Azərbaycan Mikromaliyyələşdirmə Konfransının açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi söyləyib.
Səfir hesab edir ki, hazırda ölkə hökuməti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə mikromaliyyələşdirmə sahəsində islahatlar aparır. Bu sahənin inkişafı öz növbəsində kiçik biznesin inkişafını stimullaşdırır və işsizliyin aradan qalxmasına şərait yaradır: «Azərbaycan hökuməti mikromaliyyələşdirmə sektorunda mühitin yaxşılaşdırılması istiqamətində iş aparır».
A.Dersi vurğulayıb ki, Azərbaycan bu gün öz tarixinin ən əhəmiyyətli mərhələsindədir. Belə ki, respublikanın neft və qaz ehtiyatlarının ixracından gəlirləri yüksək həddə çatıb, ölkədə yoxsulluğun səviyyəsi azalıb. Bununla yanaşı, Azərbaycanın Dünya Bankının son hesabatında («Doing Business-2009») islahatçı dövlətlərin ilk onluğuna başçılıq etməsi faktı ABŞ-ı çox sevindirir: «Həmin hadisə dünyanın biznes dairələrinin Azərbaycana diqqətini cəlb edib. Bu isə əlavə xarici investisiyaların ölkəyə cəlb olunmasına, yeni iş yerlərinin açılmasına, qeyri-neft sektorunun inkişafına təkan verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR