Bank Of Baku

Ekspertlər ABŞ dollarının yüksəlməsinin səbəblərini axtarır

Ekspertlər ABŞ dollarının yüksəlməsinin səbəblərini axtarır
# 16 sentyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya bazarlarında dolların məzənnəsinin yüksəlişi ilə bağlı müşahidə olunanlar iqtisadi məntiqdən çox uzaqdır. Bununla yanaşı, ABŞ birjalarında indekslər də yüksəlir. Bəzi ekspertlər dolların avronun ucuzlaşması fonunda bahalaşdığını söyləyir. Lakin bunun Avropanın makroiqtisadi və ya maliyyə amilləri ilə bağlı olmadığı bəllidir. Bütün analitiklər bu prosesin maliyyə amilləri ilə bağlı olmadığını etiraf edirlər.
Əslində, ABŞ indekslərinin yüksəlməsinin əsas səbəbi bu ölkənin Maliyyə Nazirliyinin bu il sentyabrın 7-də yaydığı məlumatla bağlıdır. Həmin məlumat ABŞ-ın ipoteka bazarında əsas pay sahibi olan «Fannie Mae» və «Freddie Mac» şirkətlərinin dövlət idarəetməsinə keçirilməsi ilə bağlı idi. Bu şirkətlər 5 trln. dollar həcmində ipoteka öhdəliklərinə malikdir. Məhz bu məlumat sonda dünyada investorlar üçün müsbət təkan rolu oynayıb və nəticədə, fond bazarında yüksəlişə səbəb olub. Ekspertlərin fikrincə, ipoteka şirkətlərinin dövlət idarəetməsinə keçməsi ABŞ-da inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Bu isə ABŞ-ın iqtisadiyyatının bərpasının yalnız başlanğıcıdır. Belə halda, yəni iqtisadiyyatın zəif olduğu və faktiki qeyri-sabit şəraitdə dolların yüksəlməsinin səbəbləri naməlum qalır.
Qeyd edək ki, proses Rusiya bazarlarına da təsirsiz ötüşməyib. Əsas indekslərin düşməsi və rublun ucuzlaşması tendensiyası müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR