Bank Of Baku

AIG Azərbaycanda mikro-sığorta seqmentinə ciddi maraq göstərir

AIG Azərbaycanda mikro-sığorta seqmentinə ciddi maraq göstərir
# 16 sentyabr 2008 10:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «AİG Caspian» sığorta şirkəti mikromaliyyə sektoruna fəal şəkildə daxil olmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Viladi Maniyev məlumat verib.
V.Maniyevin sözlərinə görə, bu günə kimi «AİG Caspian» şirkəti əsasən iri müştərilərlə və iri layihələr üzrə sığorta proqramları ilə işləməyə üstünlük verib. Lakin hazırda mikromaliyyələşdirmə sektorunun fəal inkişafını nəzərə alaraq, şirkət bu seqmentdə də iştirak etmək niyyətindədir. «Söhbət mikromaliyyəşmədə iştirak edən borcalanların həyatı, sağlamlığı və iş qabiliyyətinin sığortalanmasından gedir. Bundan başqa, şirkət mikrokreditlər hesabına alınan dövriyyə və ya əsas vəsaitlərinin sığortalamasını nəzərdə tutur», - deyə V.Maniyev bildirib.
Qeyd edək ki, hazırda sığorta şirkətlərinin banklar tərəfindən kreditləşmədə iştirakı girovun sığortalanması ilə məhdudlaşır. V.Maniyev vurğulayıb ki, mikromaliyyələşmə prosesində girov olmadığına görə, sığorta predmeti kimi borcalan və kredit hesabına alınan dövriyyə və əsas vəsaitlər çıxış edə bilərlər. V.Maniyev qeyd edib ki, AİG sığorta grupu bir sıra ölkələrdə sığortanın məhz bu seqmentində geniş və müsbət təcrübəyə malikdir.
«American İnternational Group» (AİG) şirkətinin baş ofisin məlumatına görə, hazırda şirkətə 11 ölkədə 1,2 mln. mikro-sığorta polisi məxsusdur. Həmçinin, cari ilin avqustun sonunda AİG Çinin ən iri mikrokredit şirkətlərindən biri olan «MicroCred Nanchong» şirkətinin müştərilərinin və digər mikro-sığorta növləri üzrə xidmət göstərilməsi üçün 2 illik eksklüziv hüquqlarını əldə edib.
«AİG Caspian» şirkəti isə AİG-in Azərbaycandakı törəmə şirkətidir. Cari ilin 6 ayı ərzində şirkət tərəfindən toplanmış sığorta haqlarının həcmi 800 min manat, sığorta ödənişləri isə 160 min manat təşkil edib. Qeyd edək ki, AİG-nin 130 ölkədə törəmə şirkətləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR