Azərbaycan Milli Bankdan (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, dövriyyənin əsas hissəsi bankdaxili mübadilə əməliyyatların payına düşür. Burada əməliyyatların ümumi həcmi 1 797 196,6 min avro təşkil edib ki, bunun da 885 661,1 mini alış, 911 535,5 mini satışın payına düşür.
Daxili valyuta bazarının digər seqmentlərində isə aşağıdakı göstəricilər qeydə alınıb: birja elektron sistemində ticarət – 7 567 min avro, açıq banklararası valyuta bazarı – 1 093 918,7 min avro.
Avro üzrə aparılan valyuta əməliyyatlarının məqsədləri isə aşağıdakı kimi olub: 1 405 187,3 min avro - müştərilərin tapşırığı, 112 592,1 min avro - valyuta mövqeyinin tənzimlənməsi, 42 812 min avro - mübadilə məntəqələri, 3 514,8 min avro - kreditlərin ödənilməsi, 984,8 min avro - digər banklara depozitlərin qaytarılması, 1 387 255,3 min avro isə s. məqsədlərlə aparılıb.
Azərbaycanın ümumi daxili valyuta bazarında isə avronun payı 18,5%-ə düşüb, halbuki ötən ilin analoji dövründə bu göstərici 18,9%-ə bərabər olub. Bu göstəricilər avronun Azərbaycan iqtisadiyyatında müəyyən rola malik olduğunu əks etdirir. Qeyd edək ki, daxili valyuta bazarında avro üzrə əməliyyatlar əsasən avrozona ilə aparılan idxalla bağlıdır.