Bank Of Baku

Azərbaycanın tədiyyə balansında gəlirlər maddəsinin mənfi saldosu 3,8 mlrd. dollar təşkil edir

Azərbaycanın tədiyyə balansında gəlirlər maddəsinin mənfi saldosu 3,8 mlrd. dollar təşkil edir
# 16 sentyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın cari ilin yanvar-iyun ayları üzrə tərtib olunmuş tədiyyə balansında gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4 mlrd. ABŞ dolları təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bunun 95,7%-i ölkədən aparılan ödənişlərin payına düşüb. Bu məbləğin isə əsas hissəsini (3,6 mlrd. dollar) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (neft konsorsiumu) xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (83,1 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (165,2 mln. dollar) təşkil edir.
Gəlirlər maddəsi üzrə ölkəyə daxil olmuş vəsaitin həcmi 172,2 mln. dollar təşkil edir. Bunun 36 mln. dolları Dövlət Neft Fondunun vəsaitlərinə, 80,6 mln. dolları Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarına, 14,4 mln. dolları isə bankların xaricdə yerləşdirilmiş aktivləri üzrə hesablanmış faiz gəlirinə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR