Bank Of Baku

Azərbaycanda lisenziyası geri çağırılan iki kommersiya bankının ləğv edilməsi prosesi başa çatır

Azərbaycanda lisenziyası geri çağırılan iki kommersiya bankının ləğv edilməsi prosesi başa çatır
# 16 sentyabr 2008 13:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Milli Bankı (AMB) bu ilin iyul ayında lisenziyaları geri çağırılan «Poçtbank» və «Atlantbank»a qarşı müvafiq tədbirlər keçirir. «APA-Economics»in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, artıq «Poçtbank»da müflisləşmə prossesinə start verilib. Belə ki, Azərbaycan İqtisadi Məhkəməsinin qərarı ilə müflisləşmə prosesi çərçivəsində ləğvetməyə məsul şəxs təyin olnub və hazırda bankın aktiv və passivlərinin inventarlaşdırılması aparılır
Bundan başqa R.Aslanlı qeyd edib ki, ləğvetmə prosesində olan «Atlantbank» artıq 2,63 mln. manat həcmində olan öhdəliklərini yerinə yetirib.
R.Aslanlının sözlərinə görə, hazırda «Atlantbank»ın bütün öhdəlikləri yerinə yetirilib və ləğvetmə prosesinin başa çatdırılması üçün vergi orqanları bir sıra işlər aparmalıdır. Bundan sonra bankın dövlətlə hesablaşmaları başa çatacaq. Sonrakı mərhələdə isə bankın qalan aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR