Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanın daha üç bankına kredit ayıra bilər

Asiya İnkişaf Bankı Azərbaycanın daha üç bankına kredit ayıra bilər
# 16 sentyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının sonunda Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın üç kommersiya bankına kiçik və orta sahibkarlığın inkişafı və ticarətin maliyyələşdirilməsi proqramları üzrə kredit ayıra bilər. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən məlumat verilib.
«Azərbaycanın «Bank Standard», «UniBank» və «Texnikabank» səhmdar kommersiya banklarına kredit ayrılacağı gözlənilir. Çox güman ki, AİB hər üç bankla sazişi sentyabrın sonunda imzalayacaq. Hazırda isə hər banka nə qədər maliyyə vəsaitinin ayrılacağı dəqiqləşdirilir», - deyə nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, artıq AİB Azərbaycanda «Bank Respublika»ya 10 mln. ABŞ dolları məbləğində subordinasiya olunmuş kredit, «Bank of Baku»ya 6 mln. dollar və Azərbaycan Beynəlxalq Bankına 40 mln. dollar məbləğində subordinasiya olunmuş kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR