Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı gələn il artırıla bilər

Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı gələn il artırıla bilər
# 16 sentyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nizamnamə kapitalı iki dəfə artırıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri, AİŞ-in Müşahidə Şurasının sədri Heydər Babayev bildirib.
Nazirin sözlərinə görə, gələn il ərzində AİŞ-in nizamnamə kapitalının 2 dəfə artırılaraq 180 mln. manata çatdırılacağı gözlənilir: «Bu məsələyə dair biz öz təkliflərimizi hazırlamışıq. Lakin nizamnamə kapitalının artırılması məsələsi hökumətlə müzakirə olunmalıdır. Belə ki, kapitalın artırılması dövlət vəsaiti hesabına keçiriləcək».
Qeyd edək ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalında iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR