Bank Of Baku

«United Credit Bank» son bir ildə depozitlərini 2 dəfədən çox artırıb

«United Credit Bank» son bir ildə depozitlərini 2 dəfədən çox artırıb
# 16 sentyabr 2008 14:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «United Credit Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin sentyabr ayının 1-nə 32,19 mln. manat təşkil edib. Bu, 2007-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 71,6% 35,2% çoxdur.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumatına görə, sentyabrın əvvəlinə bankın kredit portfeli 22,88 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,4%, çoxdur. Qeyd edək ki, kredit portfelinin 42,2%-i istehlak kreditlərinin (əsasən, avtomobil kreditləri) payına düşür.
Bununla yanaşı, ötən ilin avqustun sonuna olan göstəricilərlə müqayisədə bankın depozit portfeli 70,5% artaraq 7,21 mln. manata çatıb. Qeyd edək ki, depozitlərin 75,5%-i fiziki şəxslərin payına düşür və bu, keçən ilə nisbətən təxminən 2,4 dəfə çoxdur.
Hesabat dövründə bankın məcmu kapitalı 13,56 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,108 mln. manat təşkil edib.
Qeyd edək ki, «United Credit Bank» SKB 1996-cı ildən fəaliyyət göstərir. Hazırda bankın 5 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR