Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı Qərbdə və Asiyada yeni törəmə bank və nümayəndəliklər açacaq

Azərbaycan Beynəlxalq Bankı Qərbdə və Asiyada yeni törəmə bank və nümayəndəliklər açacaq
# 16 sentyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) Qətərdə törəmə bankı açmağı planlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.
C.Hacıyevin sözlərinə görə, hazırda ABB-nin İdarə Heyətinin sədr müavini Rövşən Kərimov Qətərdə səfərdədir və bu məsələyə dair danışıqlar aparır.
«Bundan başqa, bu ilin oktyabr ayının sonunadək Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) ABB-nin nümayəndəliyinin açılması da planlaşdırılır ki, bundan sonra isə biz bu nümayəndəliyin törəmə banka çevrilməsi üçün lisenziyanın alınması məsələsi üzrə iş aparacağıq», - deyə C.Hacıyev bildirib.
C.Hacıyev həmçinin qeyd edib ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində ABB Nyu-Yorkda (ABŞ) nümayəndəliyini açmq niyyətindədir: «Ötən həftə nümayəndəlik artıq qeydiyyatdan keçib və hazırda nümayəndəlik üçün ofis axtarışındayıq».
Qeyd edək ki, hazırda ABB-nin Tiflis, Moskva, London və Lüksemburqda törəmə bankları və nümayəndəlikləri mövcuddur.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin (Maliyyə Nazirliyi) iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR