Bank Of Baku

Azərbaycan Milli Bankı bankların qiymətləndirilməsini sürətləndirmək niyyətində deyil

Azərbaycan Milli Bankı bankların qiymətləndirilməsini sürətləndirmək niyyətində deyil
# 16 sentyabr 2008 15:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Milli Bankı (AMB) ölkədə fəaliyyət göstərən bank təşkilatlarının məcmu kapitalının minimumuna qarşı tətbiq edilən tələbnamənin icrası ilə bağlı son 7 bankın qiymətləndirilməsini sürətləndirmək və ya ləngitmək niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib.
R.Aslanlının sözlərinə görə, həmin banklarda depozitin qəbuluna müvəqqəti qadağa qoyulub və hazırda bu banklarla fərdi qaydada iş aparılır: «AMB nəzarətedici orqandır və biz situasiyanın ancaq pis tərəfini görməyə çalışırıq, yaxşı tərəfi ilə bir o qədər də maraqlanmırıq. Milli Bank tərəfindən situasiyanı gərginləşdirəcək hər hansı əlavə addımlar planlaşdırılmır».
R.Aslanlı əlavə edib ki, artıq lisenziyası geri çağırılan iki kommersiya bankının («Poçtbank» və «Atlantbank») ləğv edilməsi prosesi başa çatır.
Xatırladaq ki, hazırda Azərbaycanda 45 bank təşkilatı fəaliyyət göstərir. AMB-nin bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal tələbnamə 10 mln. manat təşkil edir. Hazırda kapitalın yetərliliyi üzrə qiymətləndirmədən keçməyən bankların sırasına «SilkWay Bank» (keçmiş «Azal Bank»), «Kövsər Bank», «Kredo Bank», «AF Bank», «Debut Bank», «AvroBank» və «Birlik Bank» daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR