Bank Of Baku

Daha bir Azərbaycan bankı xarici investorlara kapitalında pay satır

Daha bir Azərbaycan bankı xarici investorlara kapitalında pay satır
# 16 sentyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) 2008-ci ilin dördüncü rübündə nizamnamə kapitalına iki xarici investor cəlb etmək niyyətindədir. Bu, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və Almaniya İnvestisiya Korporasiyası (DEG) olacaq. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.
E.Qədimovun sözlərinə görə, hazırda bu istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir və nəticələr bu ilin sonunadək bəlli olacaq: «Bu iki təşkilatın bankımızın kapitalında ümumi iştirak payı 25% olacaq».
Qeyd edək ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib. Bankın səhmdarları rolunda 6 fiziki (96,4%) və 14 hüquqi şəxs (3,6%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR