Bank Of Baku

Azərbaycanın «MBASK» sığorta şirkəti filial şəbəkəsini genişləndirməyi planlaşdırmır

Azərbaycanın «MBASK» sığorta şirkəti filial şəbəkəsini genişləndirməyi planlaşdırmır
# 17 sentyabr 2008 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti ölkə üzrə filial şəbəkəsini genişləndirməyi planlaşdırmır. Bu barədə «APA-Economics»ə «MBASK» şirkətinin satış üzrə baş direktoru Kamran Bağırov məlumat verib.
K.Bağırovun sözlərinə görə, hazırda regionlarda şirkətin 4 nümayəndəliyi və bir filialı fəaliyyət göstərir. Ümumilikdə isə nümayəndəlik və filialların sayı 7-yə çatıb ki, bura Bakıda fəaliyyət göstərən nümayəndəlik və filiallar da daxildir: «Bizim fikrimizcə, nümayəndəlik və filial şəbəkəsini genişləndirməyə ehtiyac yoxdur, çünki artıq mövcud olan şəbəkə kifayət edir. Hazırda biz sığorta şirkəti tərəfindən müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması istiqamətində iş aparırıq».
Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat, sığorta ödənişlərinin həcmi isə 3,778 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR