Bank Of Baku

«Rabitəbank» ilin sonunadək yeni regional filial açacaq

«Rabitəbank» ilin sonunadək yeni regional filial açacaq
# 17 sentyabr 2008 09:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin sonuna kimi Ağcabədi rayonunda filial açmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.
E.Qədimovun sözlərinə görə, filial üçün lisenziyanın alınması ilə bağlı Azərbaycan Milli Bankına (AMB) müvafiq sənədlər hazırlanır və bu ilin oktyabrında AMB-yə müraciət olunacaq.
E.Qədimov bildirib ki, strateji plan çərçivəsində 2009-cu il ərzində bank əlavə olaraq 3 filial açacaq. Filialların biri Bakıda, digərləri isə regionda açılacaq. Qeyd edək ki, hazırda bankın respublika üzrə 18 filialı fəaliyyət göstərir və bunun 12-si regionda yerləşir.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR