| 2007-ci il yanvar-iyun | 2008-ci il yanvar-iyun |
I. Cari əməliyyatlar hesabının saldosu
Xarici ticarət balansı Xidmətlər balansı Gəlirlər balansı İnvestisiya gəlirlərinin repatriasiyası Cari transfertlər balansı
II. Kapitalın və maliyyənin hərəkəti hesabının saldosu Birbaşa investisiyalar - Azərbaycana cəlb olunmuş - Xaricə yönəldilmiş - İnvestisiyaların repatriasiyası Neft bonusu Kreditlər və digər investisiyalar
III.Tədiyə balansının ümumi saldosu |
3996,7
6648,3 -1045,9 -2014,6 -1938,3 408,9
-2646,7 -2368,2 1997,2 -374,4 -3991,0 41,2 -319,7
1350,0 |
9713,0
14017,8 -1098,7 -3703,8 -3552,9 497,7
-3663,1 -1295,3 2059,2 -196,7 -3157,8 0,5 -2368,3
6049,9 |
Xarici ticarət dövriyyəsi 72,5% artaraq 20,4 mlrd. dollar təşkil edib, xarici ticarət balansı isə 14 mlrd. dollarlıq müsbət saldo ilə nəticələnib. Hesabat dövründə Azərbaycan 126 dövlətlə ticarət əməliyyatları aparıb. Xarici ticarətin 8,1%-i MDB ölkələri, 91,9%-i isə uzaq xarici dövlətlərin payına düşüb.
Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında əmtəə ixracı 2007-ci ilin müvafiq dövrünə nisbətən 1,9 dəfə artaraq 17,2 mlrd. dollara çatıb. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 96% təşkil edir. Xarici dövlətlərə 16,5 mlrd. dollarlıq neft məhsulları ixrac olunub ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə çoxdur. İxrac olunmuş neft məhsullarının 1,1 mlrd. dolları neft emalı məhsullarının, 15,4 mlrd. dolları isə xam neftin payına düşür.
Təhlil olunan dövr ərzində Azərbaycanın qeyri-neft ixracının payına düşən malların ümumi dəyəri 17,5% artaraq 674,3 mln. dollara çatıb. Bu artım əsasən kimya məhsulları, əlvan və qara metalların ixracının artması hesabına olub.
AMB-dən bildirilib ki, istehlak mallarının idxalının ümumi dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 25,4% və ya 274,1 mln. dollar artıb. Bu artımın 117 mln. dolları ərzaq məhsullarının payına düşdüyü halda, 91 mln. dollardan çoxu yalnız minik avtomobillərinin idxalı ilə bağlıdır.
Fiziki şəxslər tərəfindən aparılan idxal (499 mln. dollar) və ölkəyə gətirilən humanitar mallar (17,5 mln. dollar) da nəzərə alınmaqla, 2008-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizə ümumilikdə 1 351,2 mln. dollar həcmində istehlak malları gətirilib. Bunun da 33,7%-i ərzaq məhsullarının payına düşür.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqlar və malların xüsusi çəkisi 12,3% təşkil edərək 395,3 mln. dollara bərabər olub. Bunun 88,1%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edir. Bundan başqa, ölkəyə ümumi məbləği 1 468,7 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.