Bank Of Baku

Azərbaycanın daha bir bankı gələn il öz ipoteka proqramının icrasına başlaya bilər

Azərbaycanın daha bir bankı gələn il öz ipoteka proqramının icrasına başlaya bilər
# 17 sentyabr 2008 10:16 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın «Rabitəbank» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cu ildə öz ipoteka proqramının icrasına başlaya bilər. Lakin ipoteka kreditlərinin verilməsinə başlanarsa, bank bunu yalnız xarici maliyyə institutlarından cəlb etdiyi vəsaitlər hesabına reallaşdıracaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.
E.Qədimovun sözlərinə görə, hazırda bankın öz ipoteka proqramı yoxdur: «Hazırda bankın cəlb etdiyi vəsaitlər hesabına ipoteka kreditlərinin verilməsi o qədərdə əlverişli deyil. Həmin vəsaitlər daha səmərəli faiz dərəcəsi ilə orta və kiçik biznesin və istehlak kreditlərinin verilməsinə yönəldilə bilər».
E.Qədimov əlavə edib ki, «Rabitəbank» ipoteka kreditlərinin verilməsi məqsədilə xarici maliyyə institutlarından vəsaitlər cəlb etməyi planlaşdırır. «Dünya bazarındakı vəziyyəti nəzərə alaraq, gələn il xaricdən cəlb olunacaq vəsaitlərin ən azı 2-3% bahalaşacağı gözlənilir. Şərti olaraq deyə bilərəm ki, bizim bank ipoteka proqramının icrasına başlayacağı təqdirdə, bu kreditləri 8-10 il müddətinə ayıracaq, ilkin ipoteka kredit portfeli isə 5 mln. dollar həcmində nəzərdə tutula bilər», - deyə İdarə Heyətinin sədr müavini vurğulayıb.
Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 98,649 mln. manat, kredit portfeli 73,431 mln. manat, depozit portfeli 82,373 mln. manat, məcmu kapitalı 11,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,003 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR