Bank Of Baku

Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsi və xarici ticarətində müsbət saldonu azalda bilər

Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın dövlət büdcəsi və xarici ticarətində müsbət saldonu azalda bilər
# 17 sentyabr 2008 10:52 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünün analoji göstəriciləri ilə müqayisədə büdcə gəlirləri 67%, xərcləri isə 76,3% artıb. Nəticədə, dövlət büdcəsinin icrasında 932,4 mln. manatlıq profisit yaranıb ki, bu da 2007-ci ilin ilk 7 ayına nisbətən 29,6% çoxdur.
Komitədən bildirilib ki, yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 38 578,5 mln. ABŞ dolları təşkil edib və bu, ötən ilin müvafiq dövrünün göstəricisini 6 dəfədən üstələyir. O cümlədən, ixrac 34 678,3 mln. dollar (artım - 10,2 dəfə), idxal 3 900,2 mln. dollar (artım - 35,8%) təşkil edib. Beləliklə, xarici ticarətin 89,9%-i ixracın payına düşüb.
Qeyd edək ki, bu iki makroiqtisadi göstərici Azərbaycan şəraitində bir-biri ilə əlaqəlidir. Yəni, xarici ticarətin bu cür kəskin artması dünya bazarında neftin bahalaşması ilə bağlıdır və nəticədə, ixracın dəyər ifadəsi artıb. Bununla bağlı, neft ixracından büdcə daxilolmaları da artıb. Bu isə öz növbəsində dövləti xərclərini artmağa stimullaşdırıb. Son nəticədə, həm ixracın, həm də büdcə göstəricilərinin kəskin artması müşahidə olunur.
Dünya neft bazarlarında son vaxtlar müşahidə olunan qiymət azalması neftin artıq 91 dollaradək ucuzlaşmasına səbəb olub (iki ay öncə qiymətlər 140 dollar həddini keçmişdir). Dünya bazarının hazırkı konyunkturunu nəzərə alsaq, yuxarıda qeyd olunan göstəricilərin (dövlət büdcəsi və xarici ticarət) artması tendensiyasının ilin sonuna qədər davam edəcəyi şübhə altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR