Bank Of Baku

Azərbaycanda keçirilən beynəlxalq mikromaliyyə konfransı başa çatıb

Azərbaycanda keçirilən beynəlxalq mikromaliyyə konfransı başa çatıb
# 17 sentyabr 2008 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bakıda keçirilən ikigünlük IV Beynəlxalq Azərbaycan Mikromaliyyə Konfransı bu gün başa çatıb. «APA-Economics»in məlumatına görə, konfransın bugünkü sessiyasında Avropa Yenidənqurma və İnkişaf Bankının baş bank mütəxəssisi Oksana Pak «Kapitala çıxış» mövzusunda məruzə ilə çıxış edib. Təbirdə həmçinin mikromaliyyə təşkilatları tərəfindən təkrar maliyyə vəsaitlərinin cəlb edilməsi üçün potensialın artırılması sahəsində aktual məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.
Konfransın sessiyası çərçivəsində aşağı gəlirli insanlara xidmətlərin göstərilməsi üçün müxtəlif məhsullardan, o cümlədən onların təkmilləşdirilmiş maliyyə xidmətlərinə çıxış imkanının təmin edilməsi üçün informasiya texnologiyalarından istifadə edilməsinə dair müasir nümunələr təqdim olunub. Həmçinin, perspektivli yeni texnologiyaların tətbiqi ilə bağlı risk və xərclərin azaldılmasına xidmət edən biznes modelləri də təqdim edilib.
Konfransda həmçinin Azərbaycanın «TuranBank» Səhmdar Kommersiya Bankının (SKB) strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyev «Azərbaycanda İslam bankçılığı» mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, tədbir Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən ölkədə mikromaliyyə sektorunun 10 il ərzində əldə etdiyi inkişafı qeyd etmək, bu sektorun mövcud problemləri müzakirə etmək, onların həlli yollarını tapmaq və ölkədə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları və kommersiya bankları üçün yeni kapital bazarlarına çıxışları təmin etmək məqsədi ilə təşkil olunub. Tədbirdə müxtəlif yerli və xarici təşkilatların 200-ə yaxın nümayəndəsi iştirak edib, o cümlədən 17 ölkədən 26 beynəlxalq təşkilat 60 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Xatırladaq ki, konfransın əsas təşkilatçısı olan Azərbaycan Mikromaliyyə Assosiasiyası 2001-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü bu təşkilatın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR