Bank Of Baku

Son maliyyə ilində Dünya Bankının ən iri borcalanlarından biri Azərbaycan olub

Son maliyyə ilində Dünya Bankının ən iri borcalanlarından biri Azərbaycan olub
# 17 sentyabr 2008 13:10 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Dünya Bankı Qrupu (DB) iyunun 30-da başa çatmış 2008-ci maliyyə ilində Avropa və Mərkəzi Asiya ölkələrinə kredit, zəmanət, istiqraz və kapitala yönəldilmiş sərmayə şəklində 8 mlrd. ABŞ dolları həcmində vəsait ayırıb. «APA-Economics»in məlumatına görə, 2007-ci maliyyə ili ilə müqayisədə bu, 33% çoxdur.
Hesabat ilində DB dövlət idarəçiliyinin effektivliyinin artırılmasına 486 mln. dollar, avtomobil yollarının tikintisinə 479 mln. dollar, ticarətin inkişafına 424 mln. dollar, dəmir yollarının tikintisinə 405 mln. dollar həcmində kredit ayırıb.
Dünya Bankının 2008-ci maliyyə ilində ən iri borcalanlardan biri Azərbaycan (1,267 mlrd. dollar) olub. Onun ardınca Türkiyə (1,203 mlrd. dollar) və Ukrayna (690 mln. dollar) gəlir. Bundan əlavə, Özbəkistana 68 mln. dollar, Gürcüstana 58 mln. dollar, Qırğızıstana 31 mln. dollar, Moldovaya 30 mln. dollar vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR