Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf tempi 2,5 dəfə azalıb, inflyasiya isə 5,4 faiz bəndi artıb

Azərbaycanın iqtisadi inkişaf tempi 2,5 dəfə azalıb, inflyasiya isə 5,4 faiz bəndi artıb
# 17 sentyabr 2008 13:52 (UTC +04:00)
Qeyd edək ki, 2007-ci ilin ilk 8 ayında Azərbaycanda iqtisadi inkişafın artım tempi 32,5%-ə bərabər olub. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, hesabat dövründə ölkədə istehsal olunan sənaye məhsulunun həcmi 20 479,8 mln. manat, illik artım tempi isə 9,6% təşkil edib (bir il öncə artım 32,7% olub).
Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulun həcmi 8,5% artaraq 2 370,8 mln. manata çatıb. Nəqliyyatda yük daşımalarının həcmi 10,6% artaraq 119,3 mln. ton, rabitə xidmətlərinin həcmi 31,7% artaraq 581,5 mln. manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 15,3% artaraq 6 781,2 mln. manat təşkil edib.
Bununla yanaşı, hesabat dövründə ölkə əhalisinə göstərilən pullu xidmətlərin həcmi 2 027,7 mln. manat təşkil edib ki, bu da ötən ilin ilk 8 ayına nisbətən 29,6% çoxdur. Əhalinin gəlirləri isə 35,4% artaraq 12 709,5 mln. manata, adambaşına düşən gəlirlər isə 33,8% artaraq 1 488,1 manata çatıb.
Qeyd edək ki, təhlil olunan dövrdə Azərbaycanda istehlak qiymətlərinin indeksi (inflyasiya) 21,3% təşkil edib və bu, 2007-ci ilin analoji 8 aylıq göstəricisindən 5,4 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR