Bank Of Baku

Azərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq

Azərbaycanda banklar vasitəsilə ödəmə sənədlərinin elektron mübadiləsi aparılacaq
# 17 sentyabr 2008 14:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi təyinatlı ödəmə sənədlərinin elektron reyestrlər üzrə mübadiləsinin təşkili ilə bağlı ölkədə fəaliyyət göstərən bir sıra kommersiya bankları ilə müzakirələr aparır. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Hazırda bu istiqamətdə «UniBank», «Bank of Baku» və «Azərbaycan Kredit Bankı» ilə müvafiq iş aparılır. Yaxın vaxtlarda bu banklar vasitəsi ilə elektron mübadilənin təşkili planlaşdırılır.
Qeyd edək ki, hazırda analoji proseslər «Azərdəmiryolbank» və «Texnikabank»la həyata keçirilir. Cari ilin yanvar ayından indiyədək respublika üzrə 1 659 borclu vergi ödəyicisinin banklarda olan 7 634 hesabına sərəncamlar elektron formada verilib. Vergi öhdəliyini yerinə yetirmiş 1 050 vergi ödəyicisinin 2 285 bank hesabından sərəncamlar geri götürülüb.
Bu sistemdə sərəncamlar Avtomatlaşdırılmış Vergilər İnformasiya Sistemi (AVİS) tərəfindən hazırlandıqdan sonra elektron formada bank hesablarına göndərilir. Vergi orqanları bununla da sərəncamların bank və filialları tərəfindən icrasına birbaşa nəzarət edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR