Bank Of Baku

Azərbaycana daxil olan transferlərin 94%-ni fiziki şəxslərə pul köçürmələri təşkil edir

Azərbaycana daxil olan transferlərin 94%-ni fiziki şəxslərə pul köçürmələri təşkil edir
# 17 sentyabr 2008 14:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci ilin yanvar-iyun aylarına aid tədiyyə balansında əks olunmuş cari transferlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 899,6 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 77,7%-ni ölkəyə daxilolmaların payına düşüb. Bütövlükdə, ölkəyə daxilolmalar 698,65 mln. dollar, ölkədən transferlər isə 200,95 mln. dollar təşkil edib. Beləliklə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2007-ci ilin müvafiq dövrünə nisbətən 21,7% artaraq 497,7 mln. dollara çatıb.
AMB-dən bildirilib ki, hesabat dövründə xarici ölkələrdən daxil olan pul köçürmələri, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri isə 2007-ci ilin ilk yarısına nisbətən 26,5% artaraq 698,7 mln. dollara bərabər olub. Bu daxilolmaların 93,6%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul köçürmələri, 2,5%-ni humanitar idxal malları, 3,9%-ni isə digər daxilolmalar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR