Bank Of Baku

Azərbaycanda son 9 ayda mobil telefon rabitəsi xidmətlərinin həcmi çoxalıb

Azərbaycanda son 9 ayda mobil telefon rabitəsi xidmətlərinin həcmi çoxalıb
# 22 sentyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda telekommunikasiya və poçt müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 581,5 mln. manatlıq və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,7% çox rabitə xidməti göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 76,3%-i bilavasitə əhaliyə göstərilib.

Hesabat dövründə əldə olunan gəlirlərin 71,3%-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu xidmətlərin həcmi 33,8% çoxalıb.
Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 20,4%, Quba-Xaçmaz iqtisadi rayonunda 19,9%, Dağlıq Şirvan iqtisadi rayonunda 38,9%, Şəki-Zaqatala iqtisadi rayonunda 25,2%, Aran iqtisadi rayonunda 22,3%, Lənkəran iqtisadi rayonunda 23%, Gəncə-Qazax iqtisadi rayonunda isə 17,8% çoxalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR