Bank Of Baku

Azərbaycanda nağd pul dövriyyəsinin həcmi anormal həddə çatıb

Azərbaycanda nağd pul dövriyyəsinin həcmi anormal həddə çatıb
# 23 sentyabr 2008 11:39 (UTC +04:00)
Azərbaycan Milli Bankdan (AMB) «APA-Economics»ə verilən məlumatına görə, 2008-ci ilin avqust ayının 1-nə bank sistemindən kənarda olan nağd pulların həcmi (M0 aqreqatı) 3 488,3 mln. manat təşkil edib. Nəticədə, M2 aqreqatının strukturunda M0 aqreqatının payı 66,9%-ə çatıb. Xatırladaq ki, M2 aqreqatına dövriyyədə olan nağd pullar (M0 aqreqat), tələb olunanadək manatla depozitlər və cari hesablar, həmçinin müddətli manatla depozitlər daxildir.
Qeyd edək ki, M0/M2 nisbəti ölkədə nağd pullarla hesablaşmaların səviyyəsini əks etdirir. Bu göstərici müxtəlif ölkələrdə 10-40% civarında dəyişir və Azərbaycandakı göstəricini qeyri-normal kimi qiymətləndirmək olar. Nağd dövriyyənin yüksək olması bankdan kənar hesablaşmaların (o cümlədən, dolayı yolla «kölgə» iqtisadiyyatının) səviyyəsini əks etdirir.
Aşağıdakı qrafikdən görünür ki, Azərbaycanda nağd hesablaşmaların həddindən artıq yüksək səviyyədə olması artıq davamlı xarakteri daşıyır:




Qrafikdə əks olunmuş M3 aqreqatına M2 və sərbəst dönərli valyutada olan bank depozitləri daxildir. Beləliklə, M0/M3 göstəricisinin daha aşağı olması Azərbaycanın maliyyə sektorunda valyuta depozitlərinin mühüm yer tutduğunu göstərir.
Qeyd edək ki, son illər həm M0/M2 nisbətinin bir qədər aşağı düşməsi, həm də M0/M3 nisbətinin M0/M2 göstəricisinə yaxınlaşması müşahidə olunur. Bu isə ilk növbədə, nağd və qeyri-nağd hesablaşmaların nisbətən tarazlaşmasından, digər tərəfdən isə valyuta depozitlərinin rolunun azalmasından xəbər verir.
Buna baxmayaraq, Azərbaycanda nağd hesablaşmaların payı hələ də yüksəkdir. Müqayisə üçün bildirək ki, 1998-ci ilin avqust ayında Rusiyada baş vermiş maliyyə böhranı nəticəsində M0/M2 göstəricisi 42%-ə çatıb və bu, faciə kimi qiymətləndirilirdi.
Nağd hesablaşmaların bir neçə sivil üsulu və alətləri Azərbaycanda geniş tətbiq olunmur və yxud ümumiyyətlə mövcud deyil. Bura bank çekləri, bank hesabları vasitəsi ilə nağdsız hesablaşmalar, borc qiymətli kağızlarının müxtəlif növləri, elektron hesablaşmalar və s. kimi alətlər daxildir. Plastik kartlar kimi maliyyə aləti isə adətən yalnız pulların nağdladırılması üçün istifadə edilir.
Qeyd edək ki, nağd hesablaşmaların bu cür yüksək səviyyədə olmasının səbəbləri dövlətin maliyyə siyasətinin bütün tərəflərini əhatə edir və vergi, gömrük və büdcə sistemlərindəki mövcud vəziyyətin nəticəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR