Bank Of Baku

Azərbaycan hökuməti 2009-cu il dövlət büdcəsinin layihəsini təsdiqləyib - YENİLƏNİB

Azərbaycan hökuməti 2009-cu il dövlət büdcəsinin layihəsini təsdiqləyib - <font color=red>YENİLƏNİB</font>
# 23 sentyabr 2008 15:23 (UTC +04:00)
Hökumətdəki mənbələrdən APA-ya verilən məlumata görə, baş nazir Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda iqtisadi inkişaf naziri Heydər Babayev, maliyyə naziri Samir Şərifov və digər hökumət üzvləri iştirak ediblər. Baş nazir 2009-cu il dövlət büdcəsinin əhəmiyyətli dərəcə artdığını bildirib. A.Rasizadə gələn ilin büdcəsində bütün sahələr üzrə xərclərin artdığını qeyd edərək, təkcə sosial yönümlü xərclərdə 24-25% artımın proqnozlaşdırıldığını vurğulayıb.
Proqnozlara görə, 2009-cu il üçün Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 43,6 mlrd. manata, orta aylıq əməkhaqqı isə 353,3 manata çatdırılacaq. Gələn il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 27,9%-i həcmində (2008-ci ilə nisbətən 2,4% çox) və yaxud 12 177 mln. manat nəzərdə tutulur. Bu da 2008-ci ilə nisbətən 16,1% çoxdur.
Dövlət büdcəsinin xərcləri isə ÜDM-nin 28,3%-i həcmində (2008-ci il ilə müqayisədə 1,4% çox), yəni 12 355 mln. manat və ya 11,7% çox olacaq.
Növbəti ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6 655,5 mln. manat (xərclərin 53,9%-i), əsaslı xərclər 5 609,4 mln. manat (45,4%-i), kreditlərin qaytarılması və faizlərin ödənilməsi ilə bağlı xərclər 90,1 mln. manat (0,7%-i) həcmində nəzərdə tutulub. Sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33% (4 024 mln. manat) olmaqla 2008-ci il ilə müqayisədə 790 mln. manat artacaq.
Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 22 680,1 mln. manat olmaqla 2008-ci ilə nisbətən 29,9%, xərcləri isə 14 758 mln. manat olmaqla 15,5% çox proqnozlaşdırılır.
Müzakirələrin sonunda sənədin yekun variantı razılaşdırılaraq baxılmaq üçün Prezidentin İcra Aparatına göndərilib.
Qeyd edək ki, mövcud qanunvericiliklə yeni ilin dövlət büdcəsinin layihəsi cari ilin oktyabr aının 15-dən parlamentə təqdim olunmalıdır.
Xatırladaq ki, ikin makroiqtisadi proqnozlara əsasən, 2009-cu ildə Azərbaycanda ÜDM-nin artım tempinin ən azı 18% olacağı gözlənilir. Neftin baza qiyməti pessimist ssenari ilə 80 dollar/barel səviyyəsində götürülüb. Orta ssenariyə əsasən, 2009-cu ildə neftin qiyməti 100 dollar/barel, optimist ssenaridə isə 125 dollar/barel səviyyəsində nəzərdə tutulub.
Gələn il Azərbaycanda inflyasiya tempinin cari ildəkindən (20-21%) aşağı olacağı gözlənilir və bu, dünya bazarında cari qiymətlərin səviyyəsindən asılı olacaq. Orta müddətdə isə (2009-2012-ci illərdə) inflyasiyanın birrəqəmli səviyyəyə enəcəyi proqnozlaşdırılır.
Azərbaycan hökumətinin ilkin proqnozlarına görə, 2008-ci ildə ölkədə inflyasiyanın 14%-dən çox olmayacağı gözlənilirdi. Lakin sonradan proqnoz bir qədər artırılaraq 18%-ə çatdırılıb. Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda illik inflyasiya tempinin 20%-dən az olmayacağını bəyan etmişdir. Faktiki olaraq inflyasiyanın tempi artıq 21%-i üstələyib.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanda 39 mlrd. manat həcmində ÜDM istehsalı planlaşdırılsa da, ilin sonunadək bu göstəricinin 41 mlrd. manata çatacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR