Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti gələn ilin əvvəlində yeni regional filial açacaq

Beynəlxalq Sığorta Şirkəti gələn ilin əvvəlində yeni regional filial açacaq
# 24 sentyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkəti (BSŞ) 2009-cu ilin yanvar ayına Lənkəran rayonunda filial açmağı planlaşdırır.
BSŞ-nin İdarə Heyətinin sədr müavini İlham Ağayevin «APA-Economics»ə verdiyi məlumata görə, ilkin olaraq Lənkəran filialının bu ilin sonunda açılması nəzərdə tutulurdu: «Lakin təşkilati məsələlərlə bağlı filialın açılması 2009-cu ilin yanvar ayına keçirilib. Bu da Azərbaycan Beynəlxalq Bankının (ABB) regionlarda filiallarının açılması ilə əlaqədardır».
Qeyd edək ki, hazırda şirkətin respublika üzrə 4 filialı fəaliyyət göstərir və bunun 2-si regionda (Şəki, Gəncə) yerləşir. Bütün filiallar ABB-nin filialları nəzdində fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi ABB olan BSŞ 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin sığorta daxilolmalarının həcmi 9,35 mln. manat, ödənişləri isə 1 mln. manat olub. Şirkətin ümumi sığorta haqlarında xüsusi çəkisi 9,55%, ödənişlərdə isə 4,54% təşkil edib. Hazırda şirkət 29 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR