Bank Of Baku

BVF: «Hələ dünyanın iqtisadi tənəzzül təhlükəsi yoxdur»

BVF: «Hələ dünyanın iqtisadi tənəzzül təhlükəsi yoxdur»
# 24 sentyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. Bazar iqtisadiyyatı hazırda dnya miqyasında müşahidə olunan dərin maliyyə böhranından sağlamlaşmış çıxacaq. «APA-Economics»in Almaniyanın «Frankfurter Algemeine Zeitung» nəşrinə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Dominik Stross-Kan bəyan edib.
BVF başçısının fikrincə, hazırkı böhran hələ azad bazar iqtisadiyyatının sonu demək deyil: «Bu cür iqtisadiyyatın tənzimlənməsi vacibdir. Sistemli böhranın təhlükəsi aradan qalxan kimi, yeni tənzimləmə tədbirləri maliyyə sistemi və bazar iqtisadiyyatını möhkəmlədərək bazarın nöqsanlarını zəiflədəcək».
D.Stross-Kan 700 mlrd. dollar həcmində qiymətləndirilən böhranla mübarizə məqsədilə hazırlanmış ABŞ hökumətinin tədbirlər planının BVF tərəfindən dəstəkləndiyini vurğulayıb. Bununla yanaşı BVF rəsmisi hesab edir ki, ABŞ-ın müstəqil investisiya bankının modeli iflasa uğrayıb. Onun fikrincə, gələcəkdə investisiya funksiyası hər bir universal banka məxsus olacaq. D.Stross-Kan ABŞ-ın bir sıra investisiya banklarının spekulyativ əməliyyatlarda iştirak etməsi səbəbindən iri həcmli zərərlə üzləşdiyini qeyd edib.
Buna baxmayaraq, D.Stross-Kans hesab edir ki, dünya miqyasında hələ iqtisadi tənəzzül təhlükəsi yoxdur: «Hazırda biz artım templərinin azalmasının uzunçəkən dövrünü yaşayırıq və hətta gələn il gözlənilən sağlamlaşma zəif inkişaf edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR