Bank Of Baku

«Turanbank» gələn il xaricdən 11 mln. dollar kredit cəlb edəcək

«Turanbank» gələn il xaricdən 11 mln. dollar kredit cəlb edəcək
# 24 sentyabr 2008 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində üç beynəlxalq maliyyə qurumundan ümumilikdə 11 mln. ABŞ dolları həcmində kredit cəlb edə bilər.
Bankın strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyevin «APA-Economics»ə verdiyi məlumata görə, «Turanbank»ın cəlb edəcəyi kreditorlar Fransanın «Planet Finance», ABŞ-ın «Development World Market» (DWM) və Hollandiyanın «Triple Jump» təşkilatlarıdır. Hazırda həmin maliyyə təşkilatları ilə danışıqlar aparılır.
«Planet Finance» təşkilatından 3 mln. dollar, DWM-dən 3 mln. dollar, «Triple Jump»dan isə 5 mln. dollar həcmində kreditin cəlb edilməsi nəzərdə tutulub. Lakin hazırda DWM «Turanbank»ın fəaliyyət prinsipini və maliyyə göstəriliciləri ilə bağlı təhlil aparır. Qeyd edim ki, cəlb olunacaq kreditlər birbaşa bankın mikromaliyyə portfelinin artırılmasına yönəldiləcək»,- deyə R.Tanrıverdiyev bildirib.
Xatırladaq ki, təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 76,175 mln. manat, kredit portfeli 57,417 mln. manat, depozit portfeli 33,889 mln. manat, məcmu kapitalı 15,703 mln. manat, o cümlədən nizamnamə kapitalı 14 mln. manat təşkil edib. Bankın respublika üzrə 11 filialı, 9 bankomatı və 64 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR