Bank Of Baku

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti nizamnamə kapitalını 19 dəfə artırır

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti nizamnamə kapitalını 19 dəfə artırır
# 25 sentyabr 2008 08:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Xəzər Beynəlxalq İnvestisiya Şirkəti» Qapalı Səhmdar Cəmiyyətinin sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 850 manat, sayı 62,04 min ədəd, emissiyanın ümumi həcmi isə 52,734 mln. manat təşkil edir. Birja mütəxəssislərinin fikrincə, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin artıq oktyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Səhmlərin yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə şirkətin nizamnamə kapitalı 18,9 dəfə artaraq 55,684 mln. manata çatacaq. Əlavə səhm emissiyası səhmdarların mövcud paylarına əsasən bölüşdürüləcək.
Qeyd edək ki, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti 2007-ci ilin noyabr ayında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD - İslam İnkişaf Bankının struktur vahidi) və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) iştirakı ilə təsis edilib. AİŞ ilə İCD arasında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək müştərək investisiya şirkətinin yaradılması ilə bağlı qərar 2007-ci ilin noyabr ayında AİŞ-in Müşahidə Şurasının iclasında qəbul olunub. Müşahidə Şurası AİŞ-in bu layihədə iştirakını və müştərək investisiya şirkətinin nizamnamə kapitalına 2 il ərzində yeni yaradılacaq şirkətin səhmlərinin 25%-i müqabilində 14 mln. ABŞ dolları investisiya qoyuluşu barəsində qərar qəbul edib.
Xəzər Beynəlxalq İnvestisiya Şirkəti bu ilin mart ayında dövlət qeydiyyatına alınıb. Şirkət əsasən logistika, aqro-biznes, biznes və ticarət mərkəzlərin inşası, ofis mebeli istehsalı, mehmanxanaların və soyuducu anbarların tikintisi sahələrinə maraq göstərir. Şirkətin ilkin səhm kapitalı 2,95 mln. manat təşkil edir. Müştərək investisiya şirkətində AİŞ-in iştirak payı 25%, İCD-nin payı isə 75% təşkil edir.
Xatırladaq ki, müştərək investisiya şirkəti şəriət prinsiplərinə zidd fəaliyyət göstərən müəssisələr (spirtli içkilərin, donuz əti məhsullarının istehsalı), habelə ənənəvi maliyyələşdirmə və sığorta xidmətlərini göstərən banklar və sığorta təşkilatları istisna olmaqla, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorundakı müəssisələrə investisiya qoymaq hüququna malikdir.
Şirkətinin nizamnamə kapitalının yekun miqdarı iki il ərzində 70 mln. ABŞ dollarına çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR