Bank Of Baku

Audit Komitəsi: «Zamin Bank»ın filial direktorunun mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur»

Audit Komitəsi: «Zamin Bank»ın filial direktorunun mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur»
# 25 sentyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankının (SKB) «Mərkəz» filialının həbs edilən direktoru Vidadi Xudiyevin mənimsədiyi pulların bankın vəsaitlərinə aidiyyəti yoxdur. Bunu «APA-Economics»ə açıqlamasında bankın Audit Komitəsinin sədri Namiq Bağırov bildirib.
N.Bağırovun sözlərinə görə, həbs olunan V.Xudiyev 2007-ci ilin noyabr ayının 30-dan «Zamin Bank» SKB-də işləmir: «Həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşları aldadaraq onların pullarını mənimsəyib. Mənimsənilən pulların bankın vəsaitlərinə heç bir aidiyyəti yoxdur».
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində «Zamin Bank» ASC-nin «Mərkəz» filialının direktoru, Bakı şəhər sakini Vidadi Xudiyev tutulub. V.Xudiyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bank sənədlərini saxtalaşdırmaq yolu ilə Orxan Şirinov, Sərdar Qəribov və qeyrilərinə məxsus 100 min manat məbləğində pul vəsaitlərini mənimsəməsi bildirilir. Faktla əlaqədar Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR