Bank Of Baku

«UniBank» son bir ildə aktivlərini 68% artırıb

«UniBank» son bir ildə aktivlərini 68% artırıb
# 25 sentyabr 2008 12:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin sentyabr ayının 1-nə 494,401 mln. manat təşkil edib ki, bu da ötən ilin sentyabr ayının 1-nə olan göstəricidən 68% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 84% artaraq 360,338 mln. manata, depozit portfeli isə 30% genişlənərək 134,765 mln. manata çatıb.
Cari ilin yanvar-avqust aylarında bankın gəlirləri 2,1 dəfə artaraq 52,984 min manat, xərcləri isə 2,2 dəfə artaraq 46,370 min manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir il ərzində 52,4% artaraq 6,614 min manata çatıb.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 18 filialı, 52 bankomatı və 253 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR