Bank Of Baku

Azərbaycan əsas kapitala yatırılan investisiyaların artım tempinə görə gələn il MDB-də ikinci olacaq

Azərbaycan əsas kapitala yatırılan investisiyaların artım tempinə görə gələn il MDB-də ikinci olacaq
# 25 sentyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan 2009-cu ildə MDB məkanında əsas kapitala yatırılan investisiyaların həcminin artım tempinə görə ilk üçlüyə daxil olan dövlətlər sırasında yer alacaq. «APA-Economics»in məlumatına görə, bunu MDB Statistika Komitəsinin ekspertləri proqnozlaşdırırlar.
Komitə tərəfindən hazırlanmış proqnozlara əsasən, 2009-cu ildə Azərbaycana investisiya axımının artımı 15-20% təşkil etsə də, bu, 2008-ci ilin müvafiq proqnozundan aşağı olacaq:

Ölkə


İnvestisiyaların artım proqnozu

(2009-cu il, %)

Belarus

23-25

Azərbaycan

15-20

Rusiya

15

Özbəkistan

15

Ermənistan

12-15

Ukrayna

12

Moldova

10-12

Qazaxıstan

10


* Gürcüstan, Qırğızıstan, Tacikistan üzrə məlumat yoxdur

Qeyd edək ki, 2008-ci il üçün tərtib olunan proqnozlarla da Azərbaycan ikinci yerdə qərarlaşıb:

Ölkə

İnvestisiyaların artım proqnozu

(2008-ci il, %)

Tacikistan

50

Azərbaycan

30

Belarus

23-25

Özbəkistan

17-20

Rusiya

17-19

Ermənistan

15

Ukrayna

12

Qazaxıstan

12

Moldova

12

Qırğıstan

2-5


* Gürcüstan üzrə məlumat yoxdur

Cari ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 5 396,6 mln. manat investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 36,6% artıqdır. İnvestisiyaların 61,9%-i dövlətə məxsus müəssisə və təşkilatların, 38,1%-i isə qeyri-dövlət müəssisələrin payına düşür.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitin 70,9%-i daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 442,2 mln. manat (ümumi investisiyanın 45,2%-i), bank kreditləri 183,4 mln. manat (3,4%), büdcə vəsaitləri 2 254 mln. manat (41,8%-i), büdcədənkənar fondların vəsaitləri 354,8 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 159,9 mln. manat (3%-i), digər vəsaitlər isə 2,3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR