Bank Of Baku

Azərbaycan iqtisadiyyatının dollarlaşması ölkəni xaricdə baş verən neqativ proseslərin asılılığına salır

Azərbaycan iqtisadiyyatının dollarlaşması ölkəni xaricdə baş verən neqativ proseslərin asılılığına salır
# 26 sentyabr 2008 07:36 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu ilin avqust ayının 1-nə 6 361,5 mln. manat həcmində olan bank kreditlərinin 46%-i və ya 2 912,9 mln. manatı xarici valyutanın (əsasən, ABŞ dollarında) payına düşür. Maraqlıdır ki, kreditlərin valyutalar üzrə strukturu 2006-cı ildən dəyişib. Həmin dövrədək valyuta kreditləri üstünlük təşkil edib. Belə ki, 2005-ci ilin sonuna valyuta kreditlərinin payı 62%-ə, 2006-cı ilin sonuna isə artıq 51%-ə bərabər olub.
Bank depozitləri üzrə isə vəziyyət tam fərqlidir: valyuta depozitlərinin payına ümumi həcmin (4 049,1 mln manat) 57,4%-i düşür. Bunun isə 84%-ni müddətli depozitlər, 16%-ni isə cari hesablar təşkil edir. Yəni, bankların müştəriləri öz əmanət və depozitlərini əsasən xarici valyutaya etibar edirlər.
Dolların manata qarşı məzənnəsinin dinamikası baxımından, kredit və depozitlərin valyutalar üzrə bölgüsü xüsusi diqqət cəlb edir. Belə ki, 2005-ci ildən dollar manata qarşı davamlı olaraq ucuzlaşıb. Nəticədə, dollarda olan depozitlər, həmçinin dollarda olan öhdəliklər ucuzlaşır. Belə şəraitdə kreditləri dollarda götürmək, depozitləri isə manatla yerləşdirmək daha əlverişlidir. Lakin reallıq bunun tam əksini göstərir. Bu da Azərbaycanda iqtisadiyyatın dollardan ənənəvi asılılığının hələ də qüvvədə olduğunu əks etdirir. Məhz bu səbəbdən daxili valyuta bazarının ÜDM-yə nisbəti 60,6% təşkil edir.
Qeyd edək ki, dollarlaşmanın əsas iqtisadi səbəbi kimi iqtisadi subyetklər tərəfindən milli valyutaya deyil, dollara üstünlük verməsi ilə bağlıdır. Bu, adətən dolların milli valyutaya nisbətən daha sabit və möhkəm olduğu halda baş verir. Azərbaycanda isə uzun müddətdir ki, manat dollara nisbətən daha möhkəmdir. Buna baxmayaraq, ölkədə dollar tək hesablaşmalar valyutası kimi deyil, həm də yığım valyutası kimi qəbul olunur. Həmçinin, malların böyük hissəsi (əsasən, idxal malları, daşınmaz əmlak və s.) hətta ölkənin daxilində dollarla satılır.
Müşahidəçilərin fikrincə, ölkə iqtisadiyyatının dollarlaşmasının əsas səbəblərindən biri mərkəzi bank tərəfindən açıq bazarda pul təklifinə zəif nəzarət etməsi ilə bağlıdır. Dollarlaşmanın əsas neqativ nəticəsi isə iqtisadiyyatın dünya proseslərindən, ABŞ-ın maliyyə sistemindən sıx asılılığıdır ki, son nəticədə ölkə kənarında baş verən bütün mənfi tendensiyalar Azərbaycanın daxilinə siraət edir. Etiraf etmək lazımdır ki, Azərbaycanda bu cür hallar mütəmadi baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR