Bank Of Baku

Azərbaycan və Rusiyanın iki pulköçürmə sisteminin inteqrasiyası başa çatıb

Azərbaycan və Rusiyanın iki pulköçürmə sisteminin inteqrasiyası başa çatıb
# 26 sentyabr 2008 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Caspian Money Transfer» və Rusiyanın «Zolotaya Korona» pulköçürmə sistemlərinin inteqrasiyası uğurla başa çatdırılıb. «APA-Economics»in məlumatına görə, artıq müştərilər hər iki sistem üzrə qarşılıqlı pulköçürmə əməliyyatları apara bilər.
Qeyd edək ki, «Caspian Money Transfer» sistemi Azərbaycanın «Zaminbank» Səhmdar Kommersiya Bankı (SKB) tərəfindən 2006-cı ildə yaradılıb. «Zolotaya Korona» ilə inteqrasiya nəticəsində Azərbaycan bankı sistem üzrə əhatə dairəsini genişləndirərək köçürmə əməliyyatlarına əlavə 4 min məntəqə cəlb edib.
Xatırladaq ki, cari ilin oktyabr ayında «Caspian Money Transfer» sistemi artıq Ukraynanın «Avers» pulköçürmə sisteminə inteqrasiyanı başa çatdırmağı planlaşdırır.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Bankın aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 115,433 mln. manat, kredit portfeli 69,308 mln. manat, depozit portfeli 37,683 mln. manat, məcmu kapitalı 12,956 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib. Bankın respublika üzrə 20 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 20 bankomatı və 938 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR