Bank Of Baku

Azərbaycan mikrosığortanın perspektivləri ilə bağlı Bazeldə keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan mikrosığortanın perspektivləri ilə bağlı Bazeldə keçirilən beynəlxalq konfransda iştirak edib
# 26 sentyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bazeldə (İsveçrə) Beynəlxalq Ödəmələr Bankının Maliyyə Sabitliyi İnstitutu tərəfindən təşkil edilmiş «Mikrosığortanın maliyyə sisteminə inteqrasiyası: tənzimləmə, nəzarət və siyasət məsələləri» mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, konfransda 35 ölkədən 70-ə yaxın nümayəndə iştirak edib. Azərbaycanı bu toplantıda Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin baş məsləhətçisi Zəka Mirzəyev təmsil edib. Tədbirdə Dünya Bankı və Beynəlxalq Əmək Təşkilatının vəzifəli şəxsləri ilə yanaşı, mikrosığortanın tətbiq edildiyi bir sıra ölkələrin – Çin, Hindistan, CAR və Filippindən olan ekspertlərin məruzələri dinlənilib və interaktiv müzakirələr aparılıb. Mikrosığortanın tətbiqi ilə bağlı qeyd olunan ölkələrdən başqa, Kolumbiya və Uqandanın da təcrübəsindən bəhs edilib.
Qeyd edək ki, mikrosığorta əhalinin az gəlirli təbəqəsinə müxtəlif hüquqi şəxslər tərəfindən göstərilən, lakin qəbul edilmiş ümumi sığorta təcrübəsinə uyğun qaydada həyata keçirilən maliyyə əməliyyatlarını ehtiva edir. Ailə başçısının ölümü, xəstəlik, gəlirin və ya əmlakın itirilməsi hallarında baş verən çətinliklərin dövlət tərəfindən tam qarşılana bilməməsi daimi yoxsulluğu saxlayan amillərdəndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR