Bank Of Baku

«UniLeasing» şirkəti yeni regional nümayəndəlik açıb

«UniLeasing» şirkəti yeni regional nümayəndəlik açıb
# 26 sentyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev Elnur - APA-Economics. Azərbaycanın «UniLeasing» şirkəti Saatlı rayonunda nümayəndəlik açıb.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni nümayəndəlik vasitəsilə Aran iqtisadi rayonu və qonşu bölgələrin sahibkarları şirkətinin lizinq yolu ilə təklif etdiyi tikinti, nəqliyyat, istehsalat və tibb avadanlıqları ala bilər.
Bununla da şirkətinin regional bölmələrinin sayı 5-ə çatıb. Buna qədər nümayndəliklər Gəncə şəhəri, Lənkəran, Şəki və Quba rayonlarında açılıb. Cari ilin sentyabr ayının 1-nə şirkətin bölgələr üzrə lizinq portfelinin həci isə 7,6 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, şirkətin regionların inkişafı üzrə layihəsi 2006-cı ildə başlayıb. Bu məqsədlə «Azerbaijan Business Assistance & Development» (ABAD) təşkilatı tərəfindən 68 min dollar həcmində qrant ayrılıb. Həmin vəsait «UniLeasing»in regionlarda nümayəndəliklərinin açılmasına yönəldilib.
Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR