Bank Of Baku

Azərbaycanın poçt şöbələrində beynəlxalq pul köçürmələrinin müddəti minimuma enəcək

Azərbaycanın poçt şöbələrində beynəlxalq pul köçürmələrinin müddəti minimuma enəcək
# 26 sentyabr 2008 14:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Ümumdünya Poçt İttifaqının (ÜPİ) STEFİ və İPS beynəlxalq pulköçürmə sistemləri yeni məhsul təqdim etməyi planlaşdırır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hazırda bu sistemlərlə göndərilən pul köçürmələri üç gün ərzində sahibinə ödənilir. İlin sonunadək tətbiqi nəzərdə tutulan yeni xidmət pul köçürmələrinin ödənişini bir saat ərzində, hətta daha qısa müddətdə mümkün edəcək.
Nazirlikdən bildirilib ki, bu xidmət Azərbaycanın bütün poçt şöbələrində göstəriləcək.
Qeyd edək ki, Azərbaycan ÜPİ-nin STEFİ beynəlxalq pul köçürmələri sisteminə 2004-cü ildə qoşulub. Bu sistemlə Azərbaycan Rusiya, Ukrayna, Moldova, Belarus, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri ilə beynəlxalq elektron pul köçürmələrini həyata keçirir.
Hazırda Azərbaycanda 65 poçt filialı, 1600-ə yaxın poçt şöbəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR