Bank Of Baku

Dünya maliyyə böhranı Azərbaycanda yeni maliyyə alətlərinin tətbiqini ləngidə bilər

Dünya maliyyə böhranı Azərbaycanda yeni maliyyə alətlərinin tətbiqini ləngidə bilər
# 27 sentyabr 2008 08:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Tədricən bütün dünyaya yayılmağa başlayan ABŞ-dakı maliyyə böhranı maliyyə sektorunda bir sıra mühüm problemlər üzə çıxarıb. Bunun nəticəsində Azərbaycanda bir sıra yeni maliyyə alətinin tətbiqini təxirə salına bilər. «APA-Economics»in məlumatına görə, bu ilk növbədə aktivlərin sekyuritizasiyası prosesinə aiddir.
Sekyuritizasiya maliyyə bazarında mövcud olan aktivlərin, o cümlədən bank aktivlərinin, qiymətli kağızlara çevrilməsi prosesidir. Belə ki, maliyyə sektorunun istənilən bir təşkilatı (bank və s.) yeni debitor borcunun bir hissəsini (ipoteka, istehlak və s. kreditlər) ixtisaslaşmış maliyyə təşkilatına satır. Sonuncusu isə bunun alınması üçün tələb olunan vəsaiti cəlb etmək məqsədi ilə istiqrazlar buraxır və açıq bazara yerləşdirir. Toplanan vəsaitlər alınan aktivlərin müqavilində birinci təşkilata ödənilir. Sekyuritizasiyanın əsas nəticəsi aktivlərinin təkrar difersifikasiyası və likvidliyin artırılmasındadır.
Qeyd edək ki, sekyuritizasiya üçün bütün aktivlər yararlıdır, lakin əsasən bu proses ipoteka və istehlak kreditlərini əhatə edir. Bundan başqa, digər korporativ və lizinq kreditləri, kredit kartlar üzrə ödəmələr və ümumiyyətlə gələcək ödəmələr sekyuritizasiya oluna bilər.
İxtisaslaşmış maliyyə qurumu tərəfindən buraxılan istiqrazlar təmin olunduğuna görə investorlar üçün etibarlı qiymətli kağızları sayılır. Bu bazarda investor kimi banklar, sığorta şirkətləri, investisiya fondları və s. institusional investorlar çıxış edə bilər.
Hazırda bu proses Rusiya və Qazaxıstanda tətbiq olunmaqdadır və Azərbaycanda bu alətin meydana çıxması perspektivləri Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən araşdırılır. Hətta bəzi yerli banklar («Texnikabank» və s.) bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Lakin dünya bazarında baş verən son hadisələr analoji törəmə maliyyə alət və əməliyyatlarının dayandıra bilər, çünki böhran məhz qiymətli kağızlara çevrilmiş ipoteka kreditlərdən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR