Bank Of Baku

Azərbaycanda Kredit Zəmanət Fondu ilin sonunda fəaliyyətə başlaya bilər

Azərbaycanda Kredit Zəmanət Fondu ilin sonunda fəaliyyətə başlaya bilər
# 27 sentyabr 2008 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda ölkə hökumətinin Almaniya İnkişaf Bankı (KfW) ilə birlikdə yerli banklar üçün nəzərdə tutulan Kredit Zəmanət Fondunun (KZF) yaradılması artıq 2008-ci ilin sonunda başa çata bilər. Bu barədə «APA-Economics»ə KfW-nın Bakı ofisinin mütəxəssisi Natiq Abdullayev məlumat verib.
N.Abdullayevin sözlərinə görə, məsləhətçi qismində prosesdə iştirak edən KfW-nın üzərinə düşən bütün öhdəliklər artıq yerinə yetirilib və hazırda hər şey Azərbaycan hökumətindən asılıdır: «Fondun yaradılmasına həmçinin xarici banklardan biri də cəlb olunacaq. Çox güman ki, bu ilin sonunadək Fond fəaliyyətə başlayacaq».
Qeyd edək ki, Azərbaycan və Almaniya hökumətləri arasında Kredit Zəmanət Fondunun yaradılmasına dair saziş 2007-ci ilin fevral ayında Berlində imzalanıb. Kredit Zəmanət Fondu əsasən güzəştli kredit almaq istəyən şəxslərə xidmət edəcək. Fondun ilkin kapitalının formalaşdırılması üçün KfW tərəfindən 4 mln. avro həcmində qrantın ayrılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR