Bank Of Baku

Asiya İnkişaf Bankının prezidenti noyabrda Azərbaycana gələcək

Asiya İnkişaf Bankının prezidenti noyabrda Azərbaycana gələcək
# 27 sentyabr 2008 10:29 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən məlumat verilib.
«CAREC Proqramının üzv ölkələrinin Nazirlər Konfransında Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Əfqanıstan və digər ölkələrdən təxminən 140-a yaxın nümayəndə iştirak edəcək. Bu tədbirdə Azərbaycanı iqtisadi inkişaf naziri Heydər Babayevin təmsil edəcəyi gözlənilir», - deyə AİB-in Bakı ofisindən bildirilib.
Bundan başqa, noyabrın 19-da Bakıda CAREC üzrə yüksək vəzifəli şəxslərin növbəti iclası da keçiriləcək ki, həmin tədbirə təxminən 80 nəfər iştirakçı qatılacaq: «Hər iki tədbirdə iştirak etmək üçün AİB-in prezidenti Xaruxiko Kurodanın Azərbaycana səfəri gözlənilir».
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kreditin ayrılmasını planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR